Şagirdlərimiz 23 Nisan festivalında

1921-ci ildən qeyd edilməyə başlayan   23 Nisan  Uluslararası Uşaq Festivalı  Atatürkün gələcək nəsillərə hədiyyəsidir. 2019-cu ildə 99-cusu tərtib olunan möhtəşəm tədbirdə hər il Azərbaycanın kollektivi  də iştirak edir. Bu il “Səma” rəqs qrupu ilə təmsil olunan kollektivimizin tərkibində liseyimizin 5 şagirdi  Tükiyədə səfərdədir. 4-cü sinif şagirdləri Əliquliyev İsmayıl, Nəzərli İbrahim, Cəfərli Aydan, Şıxəliyev Ayxan, 1-ci sinif şagirdi Musayeva Aynişan içtimai işlərdə fəal olmaqla bərabər, həm də dərslərində də aktiv iştirak edən şagirdlərdəndir. Türkiyədə vətənimizi təmsil edən balacalar maraqlı rəqs nümunələri ilə yadda qalıblar. Şagirdlərimizdən Ə.İsmayıl tədbirlər çərçivəsində bələdiyyə başqanı kürsüsündə oturub, balaca bələdiyyə başqanı olub.