Təlimçi müəllimlərimizin təşkil etdiyi görüşlər davam edir

Liseyimizin ingilis dili müəllimləri İslamova Könül və İbrahimova Nigar 2019-cu il fevral ayı ərzində Britaniya Şurası (British Council) tərəfindən keçirilmiş TAG (Teacher Activity Groups) təlimlərində iştirak etmiş və yerli təlimçi (local facilitator) seçilmişlər. Təlimin əsas məqsədi ingilis dili müəllimlərinin geniş miqyaslı “şəbəkə”sini yaratmaqdır. Eləcə də ərazi üzrə yaxın məktəblərdə fəaliyyət göstərən ingilis dili müəllimləri ilə aylıq görüşlər keçirmək, onların əldə etdikləri bilikləri və qazandıqları təcrübələri bir-birləri ilə bölüşməsini təmin etmək, təhsil və tədris prosesində qarşıya çıxan çətinlikləri birgə müzakirə edib həll yollarını araşdırmaq əsas prioritet məsələlərdir.

Artıq mart ayından etibarən müəllimlərlə görüşlərə start verilmişdir. Layihənin ayda bir dəfə olmaqla bir il ərzində davam etdirilməsi nəzərdə tutulur.