Cüdoçumuz qızıl medal qazanıb

2019-cu il martın 19-da Təhsil Nazirliyinin “Təhsil”  Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Cüdo Məktəbinin təşkilatçılığı ilə açıq birincilik keçirilib.  Liseyimizin 7k sinif şagirdi İsmayılov İlkin yarışmada iştirak edib. Öz yaş qrupunda 50 kq çəki dərəcəsində çıxış edən İlkin keçiridiyi bütün görüşlərdə uğurlu  nəticələr göstərib.  İdmançımız birinci yerin sahibi olaraq qızıl medal qazanıb.