Şagirdimiz “Sabahin alimləri” VIII Respublika müsabiqəsində II yerin sahibi oldu

Fevralın 14-də  “Sabahın alimləri” VIII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, şagirdlərin sonrakı inkişafında mühüm rol oynayan “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ilbəil artır. Ölkəmizdə “Sabahın alimləri” Respublika müsabiqəsinin 8-ci dəfə keçirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, bu müddət ərzində müsabiqəyə 1500 nəfərədək şagird riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə 900-ə yaxın layihə təqdim edib.

Bu il Münsiflər Heyəti tərəfindən 84 şagirdin hazırladığı 54 layihə qalib seçilib. Qaliblər  sırasında liseyimizin IX sinif şagirdi Ağalarov Mirmehdi Sirac oğlu mükafatlandırılıb. Liseyimizin fizika müəllimi Baxşıyeva Gülçinin rəhbərliyi ilə müsabiqəyə qatılan  şagirdimiz “Mühəndislik” kateqoriyasında yeni layihəsini təqdim edib. “Yenilənmiş mikroskopla dərsin səmərəli təşkili”    adlı layihə ilə çıxış edən Mirmehdi II yerin sahibi olub.  Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.