Baxşəliyeva Güləbatın-65

Liseyizin ibtidai sinif müəllimi Baxşəliyeva Güləbatının 65 yaşı tamam oldu. Liseyin rəhbərliyi və müəllim dostları yubilyarın ad gününü təbrik etmək üçün toplaşdılar. Pedaqoji fəaliyyətinin böyük bir hissəsini liseyimizdə çalışan Güləbatın müəllimə yoldaşları və şagirdləri tərəfindən sevilən pedaqoqlardandır. Dəyərli əməyinə görə liseyin rəhbərliyi tərəfindən də  yüksək  qiymətləndirilir. Çıxış edənlər Güləbatın müəlliməyə səmimi arzularını çatdırdılar, gül dəstəsi və fəxri fərman təqdim edildi.