Şagirdlərimiz Beynəlxalq Təhsil Sərgisində

Məlum olduğu kimi Bakı Ekspo Mərkəzində  12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirildi .

“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb.

12 oktyabr 2018-ci il tarxində liseyimizin bir qrup şagirdi Bakı Ekspo Mərkəzdə təşkil olunmuş 12-ci  Azərbaycan Beynəlxalq təhsil sərgisində iştirak etdilər. Maraqlı sərgi şagirdlərdə dərin təəssüratlar yaratadı. Onları elə şagirdlərin öz adından sizlərə təqdim edirik.

Abdulla Zeyd:”Bu sərgi bizə biliyi əylənərək mənimsəməyi öyrətdi. Belə sərgilərin tez-tez təşkil olunması hamımıza faydalı olar.”

İsgəndərov Murad:”Bu gün biz liseyimiz adından ilk dəfə beynəlxalq təhsil sərgisində iştirak etdik və çox maraqlı vaxt keçirmiş olduq. Mən burada dövrümüzün həqiqətən də nə üçün müasir texnologiya dövrü adlandırıldığının əyani şəkildə şahidi oldum. Biz yerli və xarici müəssisələrdən nümayəndələrlə söhbət etdik, təmsil etdikləri yerlər haqqında geniş məlumat aldıq. Mən orada gördüklərim və eşitdiklərimin gələcəkdə ali təhsil planlarım üçün çox faydalı olacağını düşünürəm.”

Vəliyeva Şüşəxanım:”Bu sərgi məndə qabaqcıl təhsil müəssisələrinə marağı artırdı və gələcəkdə ali təhsil seçimimə yardımçı olacaq.”

Ağakişiyeva Lalə:”Bugün sərgidə çoxlu yeniliklərlə tanış oldum, dünya görüşüm artdı,əyləncəli vaxt keçiridik. Çox xoşuma gəldi.”

Şagirdlər belə maraqlı tədbirdə iştirak edə bilmələrinə şərait yaratdıqlarına görə Liseyimizin direktoru Aygün Əhmədliyə, bu yolda onlara yoldaş olduqlarına görə liseyin direktor müavini Aygün Məmmədovaya və liseyin psixoloqu Xatirə Hacıyevaya təşəkkürlərini bildirdilər.