Vətənpərvər şagirdlər

Son illər aprel ayı   qürurverici hadisələrlə hər kəsin müzakirə mövzusuna çevrilir. 2016-cı ilin aprel ayında əsgərlərimizin düşmənə verdiyi layiqli cavab xalqımızın qələbəyə inamını artırdı. Elə bugünlərdə ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində liseyimizin həyətindən  liseyin hərbi hazırlıq müəllimi R.İbrahimin rəhbərliyi altında hərbi yürüş addımlayan və hərbi ruhda marş ifa edən şagirdlər bir daha   ruh yüksəkliyi bəxş etdi. Dərs zamanı qəfil eşidilən bu balaca vətənpərvərlərin səsi hər bir şagirddə və müəllimdə qürur hissi oyatdı.