Şagirdimiz inşa müsabiqəsində qalib gəldi

British Council, Böyük Britaniyanın və Azərbaycanın Təhsil Nazirliyinin birgə fəaliyyəti ilə Bakı, Sumqayıt, Gəncə və Lənkəranda “English Clubs”(İngilis dili klubları) yaradılıb. Əsas məqsəd şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarını artırmaqdır. “English Clubs” tərəfindən  şagirdlər arasında Azərbaycanın milli bayramı olan Novruza həsr olunmuş inşa müsabiqəsi keçirilib. Bu müsabiqədə iştirak edən liseyimizin 8a sinif şagirdi qaliblər sırasına düşüb. Qaliblər “Əli və Nino” mağazasından dəyərli hədiyyələrlə mükafatlandırılıb.