İlk qızıl medalçımız liseyimizə qonaq gədi

Belə bir deyim var: ” Hər şey parta arxasından başlanır.”   İnsanı şəxsiyyət kimi məktəb və ailə formalaşdırır. Uzun illər ötsə belə məktəb illərini hər zaman xoş hislərlə xatırlayırıq. Zaman-zaman bütün uğurlarımızın başlandığı yerə qayıdırıq. Liseyimizin məzunlarının mütəmadi olaraq dogma təhsil ocaqlarına diqqəti hər zaman kollektivimizi qürurlandırıb. Bugünlərdə liseyimizin ilk qızıl medalçısı liseyimizə qonaq gəldi. Babayev Amil Abdul oğlu liseyimizdən məzun olduğu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub, daha sonra magistratura pilləsini Polşada davam etdirib.  Vətənə qayıdan Amilin uğurlarının davamını diləyirik.