Xocalını unutmayaq, unutdurmayaq

23 fevral 2018-ci ildə liseyimizin akt zalında Xocalıda baş vermiş erməni vəhşiliyinin ildönümü ilə bağlı “Xocalını unutdurmayaq” adlı tədbir keçirildi.  Qarabağ bülbüllərinin ifası ilə başlayan tədbiri aparıcılar açıq elan edtilər. Tədbir boyunca 5-10-cu sinif şagirdlərinin ifasında şeir kompozisiyaları, vətənpərvərlik ruhunda mahnılar dinlənildi. Tədbir gənc nəslə “Bizi heç bir düşmən qorxuda bilməz, vətənin azadlığı uğrunda hər zaman döyüşlərə hazırıq, qətlə yetirilmiş  qardaşlarımızın intiqamını gec-tez alacağıq.” mesajı verirdi.

Sonda liseyin direktoru A.Əhmədli faciə haqqında bir daha məlumat verərək bildirdi ki, balaca vətənpərvər şagirdlərin qeyd etdiyi kimi biz qəlbimizdə vətən qədər ağır bir dərdi daşıyaraq sınmadıq. Bir gün Azərbaycan ordusu bütün şəhidlərin intiqamını alacaq və itirilmiş torpaqları geri qaytaracaq.

Ssenarisini Azərbaycan dili və ədəbiyyat müəllimi M. Səbinə tərəfindən yazılmış tədbirin hazırlanmasında  liseyin xarici dillər və musiqi müəllimi də iştirak etmişdi.