Ana dilim, doğma dilim

21 fevral 2018-ci ildə liseyimizin akt zalında “Ana dilim, doğma dilim”   adlı tədbir və şeir müsabiqəsi keçirildi.  Şeir müsabiqəsi liseyin 1-4-cü sinif şagirdləri arasında təşkil edilmişdi. Şagirdlər arasında fərqlənənlər fəxri fərmanla mükafatlandırıldı.  Reyhan Hacinskaya tərəfindən təşkil edilmiş tədbirdə liseyin ibtidai sinif şagirdləri arasında keçirilmiş hüsnxət yarışmasının qaliblərinə də fəxri fərmanlar təqdim edildi.