Müəllimlərimiz Xəmsə oyununun qalibi oldular

29 oktyabr 2017-ci ildə  BŞTİ-sinin  təşkilatçılığı ilə müəllimlər arasında  “Xəmsə” Milli İntellektual oyunu keçirildi. Təkcə Bakıdan deyil, bölgələrdən də müəllimlərdən ibarət komandalar yarışda iştirak edirdi. Sonuncu  Xəmsə raundu  oyunun taleyini  həll etdi. Liseyimizin  riyaziyyat müəllimi  M.Səxavət, tarix müəllimi A. Emin, coğrafiya müəllimi     V.Ziya, ibtidai sinif müəllimi N.Sevincdən ibarət  komandası   9801 balla I yerə layiq görüldülər və kubok sahibi oldular.