2017-ci ilin iki məzunu qızıl medala layiq görüldü

Ötən dərs ilini uğurlarla başa vuran lisey məzunlarımızın ardınca bu ilki məzunlarımız da kollektivimizə və valideynlərinə sevinc yaşatdılar.  2017-ci il məzunlarından 13 nəfər 600-dən yüksək bal topladı. İki nəfər qızıl medala layiq görüldü:  Yusifov Nemət 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olundu, Səfərov Rauf 695 bal toplayaraq həm ADA, həm də ODTÜ-nin tələbəsi adını qazandı.