“ZƏKA – 2017” yarışmasının qalibləri mükafatlandırıldı

3 iyun 2017-ci ildə liseyimizin akt zalında   28 may 2017-ci il tarixində keçirilmiş “ZƏKA – 2017”  yarışmasının qalibləri   mükafatlandırıldı. Qalib gələn şagirdlər valideynləri ilə birlikdə liseyə dəvət edilmişdilər.  Liseyin direktoru   qonaqları salamlayaraq tədbiri açıq elan  etdi.  Rafil İmanovun şagirdlərindən biri olan Aygün Əhmədli, liseyimizin yaranma tarixindən, 25 illik fəaliyyəti boyunca qazandığı uğurlardan bəhs etdi. Daha sonra   liseyin məzunları, direktoru, riyaziyyat müəllimi M. Sabir və İmanova Qutaiyyə  tərəfindən yarışmanın qaliblərinə diplom və hədiyyələr təqdim edildi.