2017-ci il abituriyentlərimizdən biri 700 bal topladı

Məlum olduğu kimi yeni yaradılmış Dövlət İmtahan Nəzarəti Mərkəzi bu ildən etibarən ali məktəbə qəbul qaydalarını dəyişdi. Beləki, qəbul iki mərhələdə keçiriləcək. Yazda keçirilən imtahanlar artıq bitib. 30 aprel və 7 mayda keçirilən imtahanlarda iştirak edən  abituriyentlərin imtahan nəticələri elan olunub. Həmişə öndə olan liseyimizin şagirdləri  yenə öz sözlərini dedilər. Abituriyentlər əksəriyyətinin nəticəsi yüksəkdir, onlardan 10 nəfər 600-dən yüksək bal toplayıb. Xüsusilə fərqlənənlər də var. I ixtisas qrupu üzrə Bağırov Ömər(11d) 690 bal , II ixtisas qrupu üzrə Səfərov Rauf(11a)  və I ixtisas qrupu üzrə Əliyev Azər(11d)  695 bal, IV ixtisas qrupu üzrə Yusifov Nemət (11d) 700 bal  topladı. Qeyd edək ki, bu şagirdlərimiz liseyimizdə təhsil aldıqarı müddətdə  dəfələrlə həm intellektual oyunlarda, həm də respublika səviyyəli  müxtəlif bilik yarışmalarında  medal və kuboklarla təltif olunublar. Uğurlarının davamını diləyirik.

IMG_4465

logo

18034374_788792091277082_3189627977048486788_n 18403382_788792127943745_7292258377149489813_n