Xocalı soyqırımından 25 il ötdü

Fevralın 24-də liseyimizin bütün siniflərində ilk dərs Xocalı soyqırımına həsr edildi.  Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlərimiz 25 il bundan əvvəl Xocalıda  sakinlərə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilən faciənin dəhşətlərindən söz açdılar. Şagirdlər şeirlər söylədilər. 4c sinif şagirdi Şahbazlı Nuray həm sinifdə, həm də  mövzu ilə bağlı liseyin akt zalında keçirilən tədbirdə öz yazdığı şeiri təqdim etdi. 9 yaşlı bir azərbaycanlının körpə qəlbindən qopan fəryad hər kəsi dərindən sarsıtdı.

26 fevral günü liseyimizin kollektivi də ümümxalq yürüşünə qoşularaq  dəhşətli faciənin qurbanları xatirəsinə ucaldılan   “Ana harayı ”  abidəsi önünə qərənfillər düzdü.

photo1 photo8photo2photo7 photo3 photo4 photo5 photo6photo2 (7)photo1 (14)