Ekologiya dərsi

Liseyimizdə bu dərs  ilinin  sentyabrından başlayaq  ekologiya dərsi keçilir.  Respublika Ekoloji tərbiyə və təcrübəçilik mərkəzindən gələn dərnək rəhbəri Əhmədova Münəvvər liseyin 6-cı sinifləri ilə həftədə bir dəfə görüşür. Ay ərzində ekologiya mövzusunda dərslərin qısa konspekti dəftərlərə yazılır. Sonda həmin mövzu ilə bağlı 10 sualdan ibarət test tərtib edilir. Daha çox sualı düzgün cavablandıran şagirdlər ulduz alır. Yarımil ərzində ən çox ulduza sahib olan şagird xüsusi hədiyyə ilə mükafatlandırılır. Bu yarımil ərzində qrup qalibi 6k sinif şagirdi Şəbnəm  Haşımlı oldu. Şəbnəm xüsusi hədiyyə   və nəticələri yüksək olan digər şagirdlər diplomla mükafatlandırıldı. Bütün şagirdlərə qələm hədiyyə edildi.

 

photo3 photo4 photo5 photo6