Liseyimizin II komandası “Xəmsə” oyununda qalib gəldi

Məlum olduğu kimi 2016-cı ilin məzunlarından ibarət komandamız intellektual oyunlarda hər dəfə qalibiyyətləri ilə bizi sevindirirdilər. Onlar yüksək ballarla ali məktəb tələbəsi olduqdan sonra liseyimizdə layiqli davamçılarının yetişdiyinə şahid olduq. Liseyimizin ikinci komandası  İçtimai Televiziyanın  keçiridyi “Xəmsə” intellektual oyununda Bakı şəhəri məktəblilərinin  8-9-cu sinifləri arasındakı yarışmada  III yerə layiq görüldü.  Komandanın üzvləri: Səmədov Namiq, Yusifzadə Aidə, Rəfiyeva Lalə, Nəbiyeva Sevinc, Babayeva Nigar. Oyunda xüsusilə 9d sinif şagirdi   S. Namiq  seçildi. Qeyd edək ki, bu komandanın ilk oyunu idi.

photo2 photo3 photo4 photo5 photo6