Gənc Bioloqların Olimpiadası

26-27 noyabr 2016-cı il tarixlərində  liseyimizdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun  maliyyə dəstəyilə  VIII Grand layihəsi çərçivəsində “Gənc Bioloqların Olimpiadası” keçirildi. Layihə maarifləndirmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyırdı.  Layihənin birinci mərhələsində( 26 noyabrda ) 50 nəfər şagird arasında iki variantda 50 sualdan ibarət test imtahanı keçirildi. İkinci mərhələsində (27 noyabrda  bağlanış və mükafatlandırma ) bütün şagirdlər iştirakçı sertifikatı, ən yüksək bal toplamış 3 şagird qalib sertifikatı və hədiyyə ilə mükafatlandırıldı. Hədiyyələri layihənin rəhbəri Humay Mahmudova təqdim etdi. 11d sinif şagirdi Yusifov Nemət I yerə, Ağalı Günel və Baxşılı Zülfüqar II və III yerlərə layiq görüldülər.

photo1 photo15 photo14 photo13 photo12 photo11 photo10 photo9 photo8 photo7 photo6 photo5 photo4 photo3 photo2