Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

photo1-6 photo2-2Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın hesabat məruzəsi dinlənilib.  M.Vəliyeva çıxışında Bakı təhsilində 2015 -2016-cı tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib.  Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq, təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb. Təhsil naziri çıxışı zamanı 2016-2017-ci tədris ilinə “Təhsildə dəyərlər” ili kimi yanaşmağı təklif edib.

Daha sonra  içərisində liseyimiz də olmaqla bəzi təhsil müəssisələri  tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərə və əldə edilmiş nailiyyətlərə görə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.