Allah rəhmət etsin, Günay müəllimə

“Zəkalar”    liseyi bu günlərdə ağır itki ilə üzləşib.  Liseyimizin tarix müəlliməsi, əsl pedaqoq, gözəl insan, kollektivimizin və şagirdlərimizin sevimlisi Allahverdiyeva Günay dünyasını dəyişib…

Günay müəllimə 9 ildir bizim liseydə tarix müəlliməsi vəzifəsində çalışırdı. Bu illər ərzində məktəbdə özünə böyük hörmət  və sevgi qazanmışdı. Dərs prosesində Günay müəllimə ciddi və tələbkar idi, dərsdən sonra isə sanki dəyişir, mehriban, mülayim bir insan olurdu.  Elə bu səbəbdən də bütün şagirdlərin sevimlisinə çevrilmişdi. Günay müəllimə məktəbin içtimai işlərində daim fəallıq göstərirdi. Hazırladığı tədbirlər və təqdim etdiyi açıq dərslər uzun müddət yaddaşlardan silinmirdi. Günay müəllimə çox böyük vətənpərvər, həyat dolu insan, sadiq dost və iki gözəl oğulun anası idi…

Indi isə kollektivimiz və şagirdlərimiz Günay müəlliməsiz qalıb. Bu itki hər birimizi dərindən sarsıdır. “Zəkalar”  liseyində onun yeri  həmişə görünəcək…

Allahdan rəhmət, onu sevənlərə səbir və sağlamlıq diləyirik…

photo5 photo1 (4) photo2 (1) photo3 photo4