“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin I yer qalibləri

Bakı şəhər məktəblilərinin  Kimya  fənninə  olan marağının  daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin  yüksəldilməsi və istedadlı  şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin   13 yanvar  2016-cı il tarixli  12 nömrəli əmri  ilə elan edilmişdir.
Bakı şəhəri ümumtəhsil  məktəblərinin  IX-XI sinif  şagirdlərinin iştirak etdiyi müsabiqənin təhsil müəssisələrində təşkil edilən  birinci mərhələsi  1 fevral -1mart 2016-cı il tarixlərində, Bakı şəhərinin rayonları üzrə ikinci mərhələsi isə 7 mart-4 aprel 2016-cı il tarixlərində keçirilmişdir.
Müsabiqənin əsasnaməsinə əsasən  tərkibi  3 nəfərdən ibarət olan  komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar  təhsil müəssisələrinin proqramlarına uyğun  olaraq   Kimya fənni üzrə 30 sualdan  ibarət  testi, 5 məsələni  və  1 praktiki işi yerinə  yetirmişlər. Qaliblər  ekspert qrupu tərəfindən müəyyənləşdirilmiş,  çox bal toplayan   komandalar qalib hesab olunmuşdur.
Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyini 9-cu sinif şagirdi Paşayeva Aytəkin, 10-cu sinif şagirdi Bağırov Ömər, 11-ci sinif şagirdi Mustafayev Seymur  təmsil etmişlər. Komandaya liseyin Kimya müəlliməsi Lamiyə Sədirova rəhbərlik edir.
Ən yüksək nəticəni toplayaraq  Bakı şəhəri Xətai rayonu məktəbliləri arasında keçirilən “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”ndə yüksək bilik və bacarıq nümayiş etdirdiyi üçün I Yer tutduğuna görə Diplomla təltif olunublar. Liseyimizin direktoru Aygün xanım şagirdlərə uğurlar arzulayıb.
Gənc Kimyaçılarımıza yeni nailiyyətlər diləyi ilə.

photo3 photo1 (3)