Ingilis dili aylığı çərçivəsində “Go Cold Turkey” adlı layihə

10.03.2016 tarixində Zəkalar liseyində ingilis dili aylığı çərcivəsində liseyin ingilis dili müəllimi İslamova Könül tərəfindən çox maraqlı bir layihə təqdim edildi. Layihə 287 nömrəli Zəkalar liseyinin 8d sinif şagirdləri tərəfindən 3 həftə müddətində həyata keçirilmişdir. Layihənin mövzusu olaraq “Zərərli vərdişlər və onlardan qurtulmaq yolları” seçilmişdir. Yeniyetmələr arasında sağlam həyat tərzinə marağın azalması və onların həyatına təhlükə yaradan zərərli vərdişlərin getdikcə daha çox vüsət alması layihənin hazırlanmasını  zəruri etmişdir. Onun həyata keçirilməsində başlıca məqsəd məktəblilərə şüurlu şəkildə insan həyatı üçün təhlükə törədən zərərli vərdişlərdən uzaq olmağı aşılamaqdır. Həmçinin tədris olunan fənnin xüsusiyyətlərini nəzərə alaraq şagirdlərdə dinləyib anlama, danışma, oxu və yazı bacarıqlarını daha da inkişaf etdirmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq və İKT-dən səmərəli istifadəni təmin etmək hədəf kimi seçilmişdir.

Layihənin yaradıcı adı olaraq “Go Cold Turkey” adı seçilmişdir. İlk baxışdan bu ad çox fərqli və müəmmalı səslənir. Çünki onun birbaşa tərcüməsini vermək çox çətindir. Elə layihəyə maraq da ilk növbədə buradan yaranır. Bu ifadə əslində öz həqiqi mənasında deyil, məcazi mənada işlənən təbirdir. Mənası isə “pis vərdişlərdən birdəfəlik qurtulmaq” deməkdir.

Layihənin əvvəlində şagirdlər mövzu ilə tanış olduqdan sonra  3 qrupa bölünmüşdür. Hər bir qrupa ayrı-ayrılıqda bir tapşırıq verilmiş, onlara nəzərdə tutulan müddət ərzində lazımi məlumatların toplanılması və  şagird işinin vaxtında  yekun-laşdırılması ilə bağlı müəllim tərəfindən tövsiyələr verilmiş və layihə boyu onların işi mütə-madi istiqamətləndirilmişdir.

Layihə çərçivəsində şagirdlər  ailə üzvləri, ətrafdakılar və məktəbin müəllimləri arasında sorğular aparmış, eləcə də liseyin direktoru Aygün müəllimədən, liseyin psixoloqu Xatirə müəllimədən, ingilis dili müəllimləri Sədaqət müəllimə, Kəmalə müəllimə və Sevda müəllimədən müsahibə götür-müşlər. Onlar müəllimlərə həm azərbaycan, həm də ingilis dillərində müraciət edərək onların mövzu ilə bağlı fikirlərini öyrənmiş və onlardan müvafiq məsləhətlər almışlar.

Əldə olunmuş məlumatları digər qrup  üzvlərinə çatdırmaq məqsədilə müsa-hibələrin video yazısı kompüter otağında görüntü-lənmiş və hər 3 qrupun üzvləri müzakirələrə cəlb olunmuşdur. Müzakirələr ingilis dilində aparılmışdır.

Bundan başqa layihə çərçivəsində qazanılmış biliklərin digər şagirdlərə ötürülməsini təmin etmək məqsədilə  qruplar ayrı-ayrı ingilis dili müəllimlərinin dərslərinə girərək diskussiyalar təşkil etmişdir. Diskussiyalar zamanı   həmin sinif şagird-lərinin fəallığı xüsusi olaraq diqqəti cəlb etmişdir.

Qruplardan birinə tapşırığın bir hissəsi olaraq bloq yaratmaq və araşdırmanın nəticəsini orada yerləşdirmək tapşırıl-mışdır. Bloq hazırlandıqdan sonra orada yerləşdirilən elektron səsvermə səhifəsində məktəbin şagird heyətinin iştirakını təmin etmək məqsədilə liseyin ictimai lövhəsindən bloqun ünvanı yazılan elan asılmış və görüş keçirilən bütün siniflərdə bu yönümdə təbliğat aparılmışdır

Layihənin maarifləndirici xarakter daşımasını nəzərə alaraq, sonda hər üç qrup birlikdə “Breaking Bad Habits” adlı broşura hazırlayıb məktəb daxilində şagirdlərə paylayırlar. Broşura şagirdlərin sağlam həyat tərzi və zərərli vərdişlərlə bağlı fikirlərini və onlardan qurtulmaq üçün məsləhətlərini özündə əks etdirir.

Təqdimatda liseyin direktoru Aygün Əhmədli, direktor müavinləri, liseyin bir qrup müəllimi və İTE-Təhisldə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin nümayəndəsi Kamran Talıbov, “İntel” -Gələcək üçün təhsil  təliminin təlimçisi Səadət Zeynalova, 70 Nli məktəb-liseyin ingilis dili müəllimi Lətifə Əzimova da iştirak edirdilər.

1 2 3 4

 

photo4 photo1 photo2 photo3 photo6 photo7 photo8 photo9 photo10 photo11 photo12