Rafil İmanov – 66

12 noyabr tarixində liseyimizdə təntənəli tədbir var idi. Liseyimizin qurucusu, Əməkdar müəllim, İlin müəllimi Rafil Cəlal oğlu İmanovun doğum günü qeyd olunurdu. Onu sevənlər, şagirdləri, qohumları, iş yoldaşları Rafil müəllimin uzun illər çalışdığı iş otağına toplanmışdılar. Şagirdlər müəllim və vətən haqqında şeirlər səsləndilrdilər, videolar izləndi. 09 noyabrda Rafil İmanovun şərəfinə keçirilmiş “Xəmsə” oyununda qalib gəlmiş komandaların üzvləri mükafatlandırıldı. Liseyin direktoru – Rafil müəllimin sevimli şagirdlərindən olan Aygün xanım Rafil müəllim haqqında xatirələrini danışdı. Rafil müəllimin dostları Əvəz müəllim, Sabir müəllim, qardaşı Kərəm İmanov, xalası qızı Rafil müəllimin müəllimlik fəaliyyətindən, vətənpərvərliyindən danışdılar. Sonda Rafil müəllimin həyat yoldaşı Gülbəniz xanım çıxış etdi. Tədbir iştirakçıları və iş yoldaşları Rafil müəllimin qəbrini ziyarət etdilər.
IMG_3817IMG_3796

IMG_3798

IMG_3801

IMG_3805

IMG_3806

IMG_3810

IMG_3811

IMG_3813

IMG_3816

IMG_3817

IMG_3818

IMG_3820

IMG_3821