Liseydə Xarici Dil Aylığı – Foreign Language Month

Səhifəni hazirladı: Qasımova Sədaqət(Qasımova Sədaqət)
Fevral ayı çox böyuk coşqu ilə başladı. Aylığın ilk gunu elan stendində İngilis Aylığının məqsəd və şuarını əks etdirən plakatlar asıldı.
Aylığın şuarı : “Knowledge is power. But it is more important to demonstrate what you are good at.” – “Bilik quvvədir, amma ən vacibi bilik, bacariq və qabiliyyətini numayiş etdirməkdir .“ Bu şuarı əldə əsas tutaraq şagirdlər muxtəlif işlərdə çox böyuk fəallıqla iştirak etdilər.
Aylığın məqsədi : 1. İngiltərə və Azərbaycanla bağlı muxtəlif movzuları muqayisəli işləmək. 2. Hər iki ölkənin görməli yerləri , tarixi abidələri , musiqisi , ədəbiyyatı , incəsənəti , idmanı, tarixi , tarixi şəxsiyyətləri , qəhrəmanları , görkəmli insanları , adət – ənənələri , mətbəxi və bir çox başqa mövzular haqqında danışmağı bacardıqlarını numayiş etdirmək. 3. Azərbaycanin milli dəyərlərindən olan şeir , mahnı , səhnəçik və tamaşaları xarici dildə ifa etmək.
Elan stendində şagirdlər uçun çoxlu sayda maraqlı məlumatlar , atalar sözləri , tapmacalar, şaradlar, rebuslar, krossvordlar, yanıltmaclardan ibarət plakatlar asıldı. Ay ərzində muntəzəm olaraq tədbirlər haqqında məlumatlar və elanlar verilirdi.
Xarici Dil Aylığı çərçivəsində Rus dili muəllimləri Gövhər Hadıyeva və Natiqə Kazımovanın V-Vll sinif şagirdləri divar qəzeti hazırladılar və “ В Мире Сказок “ –“ Nağıllar aləmində “ başlığı altında tədbirlə çıxış etdilər. Tədbirdə liseyin direktoru Aygün Əhmədli çıxış edərək xarici dil bilməyin əhəmiyyətindən danışdı və sagirdlərin çıxışlarını bəyəndiyini söylədi.
Xarici Dill Aylığı çərçivəsində İngilis dili Aylığı muxtəlif mövzuları əhatə edən plakat və divar qəzetlərini təqdim etməklə işə başladı. V-X sinif şagirdləri 30-a qədər divar qəzeti hazırladılar. Divarları bəzəyən bu qəzetlər şagirdlərin bilik, bacariq, qabiliyyətlərini, onların maraq dairələrini çox gözəl numayiş etdirdi.
9e sinif şagirdi Ömər Bağırov 9-cu sinif şagirdləri uçun İkt-dən istifadə etməklə Viktorina suallarını hazırladı. Yariş ingilis dili muəllimi Fatimə Suleymanovanın koməyi ilə 9-cu sinif şagirdlərindən ibarət 4 komanda arasında keçirildi. Ömər 5 mövzunu əhatə edən 50 sual hazirlamışdı. 9d sinfinin komandası qalib gəldi və Kuboku qazandı. Liseyin direktoru Aygün Əhmədli, ingilis dili muəllimi Sədaqət Qasımova, tarix muəllimi Hikmət muəllim munsiflər heyyəti kimi tədbirdə iştirak etdilər. Tədbir çox bəyənildi və digər fənlərdən də belə viktorinaların keçirilməsi tövsiyyə edildi.
Fənn Aylığı çərçivəsində hər həftə “Conversation Club” maraqlı movzularla Vlll-Xl sinif şagirdlərini debata, muzakirələrə dəvət etdi. Movzular : “ Environmental problems”, “Money is not everything”, “Beauty”, “Patriotism”, “National Heroes”, “Khojali Tragedy” – “Ətraf mühitin problemləri” , “Pul hər şey deyil”, “Gözəllik”, “Vətənpərvərlik”, “ Milli Qəhrəmanlar”, “Xocalı Faciəsi”. “Conversation Club”-ın işinin təşkili və diskussiyaların keçirilməsini İngilis dili fənn metodbirləşməsinin rəhbəri Sədaqət Gasımova həyata keçirdi. İngilis dili müəllimləri Dilbər Həsənova və Könül İslamova bu işdə çox fəal iştirak etdilər. Şagirdlər Xocalı Faciəsi və milli qəhrəmanlarımız haqqında çoxlu plakat və qəzet hazırladılar, faciə haqqında öz fikirlərini bildirdilər. Diskussiyalarda liseyin direktoru A. Əhmədli və Lalə müəllimə, təskilat işləri üzrə direktor müavini iştirak etdilər və şagirdlərin sərbəst fikir mubadiləsini çox bəyəndilər.

3 Mart – Şagird Layihələrinin Təqdimatı. Müəllimlər : Sədaqət Qasımova , Fatimə Süleymanova , Dilbər Həsənova.
1. ” Qaya and the Beetles” – 7d – Rəvanə Abdullayeva , Şövkət Bilallı
2. “ Places of İnterest in Baku and in London” – 8a – Rəhilə
3. “ Uzeyir Hajibayov” – 8b – Zülfiqar Baxşılı
4. “ Love “ – 9d – Teymur Kosayev
5. “ Kings of England” – 9e – Ömər Bağırov
6. “The Famous Historical Buildings of England” – 9e – Aytac Hüseynova
7. “ Traditions of England” – 9e – Nərgiz İbrahimli
Tədbirdə həmçinin şeirlər deyildi :
“ Azerbaijan” ( S. Vurgun) – 6c
“My Native Language, My Mother – tongue Azeri” – 8a – Yeganə Pənahova – öz şeirini ingilis dilində.
“ Leyli və Məcnun” ( N Gəncəvi ) – şeir parçası – 8a – Aysel Mehdizadə
Mahnılar oxundu :
“ Yayliq ” xalq mahnısı – Azərbaycan və İngilis dillərində – 8b –Fatimə Qasımlı, 9c – İlkin
İngilis dilində mahnı və gitarada ifa – 9e
“ Don’t worry, be happy” – mahnı – 10a
“ Cinderella ” – səhnəcik – 6a

4 Mart – Tədbir . Müəllimlər : Könül İslamova , Sevda Məmmədova , Kəmalə Ağayeva.
Azərbaycan Respublikasının Dövlət Himni – İngilis dilində – 5a, 5c
“ Cinderella “ – 5a ,5c
“ Spring Flowers “ – 5b ,5c
“ Romeo and Juliet “ – 8b

13 Mart – İngilis Dili Ayliğı çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun yubileyi münasibəti ilə “ Arşın mal alan…” komediyası – ingilis dilində – 8b sinif şagirdlərinin ifasında. Müəllim : Sədaqət Gasımova.

Xarici Dil Ayliğında görülmüş işləri : plakatları , tədbirlərdən şəkilləri , video görüntüləri və “ Arşın mal alan…” tamaşasının video yazısını liseyin saytında görə bilərsiniz. Liseyin direktoru Aygün Əhmədli liseyin ingilis dili və rus dili müəllimlərinə və şagirdlərinə fənn aylığında fəal iştirak etdiklərinə görə təşəkür etdi və onların işlərindən böyük zövq aldığını dönə-dönə qeyd etdi. Xarici dil metodbirləşməsinin rəhbəri Sədaqət Qasımova, ingilis dili müəllimi Kəmalə Ağayeva “ Fəxri Fərman “la təltiv olundular.