Yanvarın 15-də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunmuş məkəblilərarası I fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Səbail və Xətai rayon icra hakimiyyətlərinin rəsmiləri, Milli Məclisin üzvləri, məktəb direktorları, təhsil ekspertləri iştirak ediblər.
Mərasimdə fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yeri tutan ümumi təhsil müəssisələrinə kubok verilib. Liseyimiz ümumi komanda hesabinda bütün iştirak edən məktəblər arasında üçüncü yerə, Bakı məktəbləri arasında I yerə layiq görüldü.
Liseyimizi təmsil edən bir neçə şagird mükafatlandırılıb:
Yusifzadə Aidə Elxan qızı- Kİmya- I yer(VII sinif)
Ağalı Günel Ənvər qızı – Fizika- I yer (VIII sinif)
Paşayeva Aytəkin Ramiz qızı -Biologiya- II yer (VIII sinif)
Cəbrayıllı Pərvin Təbriz qızı- Biologiya- III yer(VII sinif)
Yusifov Nemət Kamran oğlu- Fizika- II yer(IX sinif)
İbrahimli Nərgiz Azər qızı- Biologiya -III yer(IX yer)
Bağırov Kənan- kom.hes. III yer
Fətəkova Nigar- kom.hes. III yer
Qəniyeva Günay- kom.hes. III yer
15.01.2015 (1)
IMG_8650IMG_8651IMG_0368

IMG_0366

IMG_0365

IMG_0364

IMG_0363