Yerin cənnət olsun, Rafil müəllim!

1 sentyabr 2014-cü il “Zəkalar” liseyinin həyatına qara gün kimi yazıldı. Liseyimizin qurucusu, riyaziyyat müəllimi,ömrünü,həyatını şagirdlərinə həsr etmiş Əməkdar müəllim Rafil İmanov dünyadan köçdü. Hər birimiz üçün ağır idi 2 sentyabr… Rafil müəllimi liseyimizdən yola saldıq son mənzilə. Liseyin kollektivi, ailəsi, keçmiş şagirdləri, valideynlər-bir sözlə onu sevənlər Rafil İmanovu son mənzilə yola salmaq üçün lisyin həyətinə toplaşmışdılar. Liseyin direktoru Aygün Əhmədlinin, şagirdlərin, valideynlərin Rafil müəllim haqqında çıxışlarından sonra onun sevdiyi şeir ifa olundu. Onun tez-tez dinlədiyi Barış Mançonun Gülpəmbə mahnısının sədaları altında onu sevənlər, ailə üzvləri Rafil müəllimlə vidalaşdılar. Qurub-yaratdığı “Zəkalar” lisyində əziz insan, ömrünü şərəflə elmə, təhsilə, şagirdlərinə həsr etmiş müəllimə məktəb həyətində son zəng çalındı.Daha sonra dualarla dəfn olunmaq üçün əbədi uyuyacağı Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığına aparıldı. Onun işıqlı ruhu daim qəlbimmizdə, ideyaları ürəklərimizdə yaşayacaq.
ALLAH RƏHMƏT ETSİN!
IMG_6575

111
IMG_6579