Səhnədə zəkalı “Zəkalar”
Biri vardı, biri yoxdu. Yaxın zamanlarda Xətai rayonunun ibtidai sinif şagirdləri arasında “Milli nağıl” müsabiqəsi vardı…
Yaxşısı budur, nağılı nağıla qatmayim. Elə sizə bu müsabiqidə gördüklərimdən danışım. Bu müsabiqəyə iyirmiyə yaxın məktəb qatılmışdı və “Zəkalar” liseyinin 3a sinif şagirdləri də öz müəllimələri Reyhan Hacinskayanın quruluşunda “Əlibaba və qırx quldur ” tamaşasını gətirmişdilər.
Tamaşa başlanana qədər zalda elə səs vardı ki… Düşündüm, çətin balaca aktyorları eşidən ola. Elə ki, bizim balaların hazirladığı tamaşa başladı, zala bir sükut çökdü. Tamaşanın sonuna qədər kimsənin cınqırı da çıxmadı. Bayaqdan qışqırmaqdan birtəhər olan münsiflərin də canı dincəldi.
Qaldı ki, balacaların oyununa, o qədər peşəkar, o qədər səmimi, o qədər emosional oynadılar ki, vaxtın necə gəlib keçdiyini kimsı hiss etmədi. Kimsə Əlibabaya(Əli ), Fatmaya(Leyla) , Qasıma(Firudin), tamaşanı allı-güllü səsi ilə canlandıran aparıcıya(Nilufər) etinasız baxa bilmədilər. O anda bircə bunu düşündüm, hər şey tamaşaçının səviyyəsindən yox, tamaşanın səviyyəsindən asılıdir. Bir sözlə, Xətai rayonu Mədəniyyət Evinin təşəbbüsü ilə keçirilən bu müsabiqədə birinci yer “Zəkalar ” liseyinin 3a sinifinə verildi. Başqa məktəblərə də bu cür tamaşalarla müsabiqəyə qatılmaq tövsiyə edildi.
müxbir: Tağıyeva Mənsurə
Tədbirdən şəkillər Qalereya bölməsində yerləşdirilib