“ALPLogo-2014” iştirakçıları mükafatlandırıldı
ALPLogo-2014” müsabiqəsinin iştirkaçılarının mükafatlandırılması 3 may 2014-ci il 6 saylı məktəbdə keçirildi. Tədbirdə müsabiqədə iştirak edən bütün Bakı və Sumqayıt şagirdlərinin iştirak edirdi. Tədbirə iştirakçıların müəllim və valideynləri də dəvətli idilər.
Liseyimizdən bir nəfər-Əliyev Müseyib həvəsləndirici mükafata layiq görüldü, hədiyyələr və diplom təqdim olundu.
Eyni zamanda, il ərzində keçirilmiş bilik yarışmasının da son turunun nəticələri elan olundu. Zəkalar liseyinin iki şagirdi- Bağırov Ömər (VIII sinif) 67 balla, Şirinov Orxan(IX sinif) 66 balla turu qaliblər sırasında 5-ci və 6-cı olaraq keçdilər. Yay məktəbində təhsillərini davam etdirmək şansı qazandılar. Şagirdlərimizin uğurlarının davamını dil
əyirik.