26 fevral 1992

Hər il olduğu kimi, bu il də 287 saylı ” Zəkalar”   liseyində Xocalı soyqırımı anıldı. Məktəblilər öz yaşlarından əvvəl baş vermiş  faciəni elə yad etdilər ki, sanki, həmin o dəhşətli gecənin şahidi olmuşdular. Bayatılar,  şeirlər, səhnəciklərlə çıxış  edən övladlarımız xalqımızın başına gətirilən müsibəti dərk edir, yaşayırdılar. Lisey rəhbərliyinin və müəllim kollektivinin böyük səyinin, işgüzarlığının nəticəsidir ki, şagirdlər vətənpərvər, xalqsevər, humanist fikirlərlə böyüyür və gələcəyimizə ümidlə baxırlar. Onlar dərk edirlərki, müstəqillik  əldə edən hər bir xalq böyük qurbanlar verməyə məhkumdur. Əsası isə  o müstəqilliyi qorumaq, inkişaf etdirmək, vətəni dünyada tanıtmaq, bir sözlə əsl vətəndaş olmaqdır.