Nağıl müsabiqəsində qalibiyyət

Ənənəvi olaraq hər il Xətai rayonu üzrə ibtidai siniflər arasında noyabr-dekabr aylarında  “Nağıl ”  müsabiqəsi keçirilir. Bu il də  müsabiqədə liseyimiz “Əlibaba və qirx quldur” nağılı  ilə çıxış edirdi. Liseyimiz hər il olduğu kimi bu il də müsabiqəyə çox məsuliyyətlə hazırlaşmışdı.  Bu dəfə də Hacinskaya Reyhan öz 3a  sinfi ilə ortaya möhtəşəm bir iş çıxardı. Əsas rolun ifaçısı Yusifzadə Əli və aparıcı Tağıyeva Nilufər xüsusi olaraq fərqləndilər. Əslində bütün rolların ifaçıları özünə görə çox maraqlı idilər və öz rollarının öhdəsindən məharətlə  gəldilər. Bunun nəticəsidir ki, 287 saylı “Zəkalar”  liseyi bu il də keçirilən “Nağıl”  müsabiqəsinin qalibi elan edildi və birinci yerə layiq görüldü. Nəzərə alsaq ki, Xətai rayonunda 35-dən çox məktəb var, bu, çox yüksək nəticədir. Balacalarımızı təbrik edir və yeni uğurlar arzulayırıq.