Torpaq , uğrunda ölən varsa, vətəndir!!!

Bu günlərdə ölkəmizin hər yerində 20 yanvar şəhidlərinin əziz xatirəsinə dərin ehtiramın bəsləndiyinin şahidi oluruq. Ölkənin müxtəlif yerlərində “20 yanvar ” faciəsi ilə bağlı tədbirlər keçirilir. Bu tədbirlərdən biri də liseyimizdə təşkil olundu. Lliseyin şagirdləri tərəfindən keçirilən bu tədbir çox yüksək səviyyədə hazırlanmış və təqdim olunmuşdur. Şəhidlərimizlə bağlı səslənən musiqilər, şeirlər, göstərilən səhnəciklər, video çarxlar bir daha sübut etdi ki, liseydə vətənpərvər ruhlu şagirdlər təhsil alır. Onların bugünki tədbiri şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə , xatirələri yad olunursa, deməli, onlar ölməyiblər. Bu gün də sıralarımızda yaşayır və yaşayacaqlar.

(Tədbirlə bağlı şəkillərə QALEREYA bölümündə baxa bilərsiniz.)