Nağıl müsabiqəsi. Növbəti qalibiyyət

2012-ci il dekabrın 21-də Xətai rayonu üzrə “Nağıl”  müsabiqəsi keçirildi. 287 saylı “Zəkalar”  liseyinin də ibtidai sinif şagirdləri bu müsabiqəyə Ələkbər Salehzadənin “Dağa  çıxan bağanın nağılı”  ilə qatılmışdılar. Uşaqların artistik bacarığına söz ola bilməzdi.Onlara tapşırılan rolları çox həvəslə və canlı oynayırdılar. Üzlərinin mimikaları o qədər təbii idi ki, zaldakılar sükuta dalaraq diqqətlə çıxışı izləyirdilər. Yaşlarının kiçik olmalarına baxmayaraq aktyorluq bacarıqları çox yaxşı idi.Həm səhnə tərtibatı,  həm geyimləri yüksək səviyyədə idi.Şagirdlərimiz münsiflər tərəfindən yüksək qiymətlərə layiq görüldülər,   II yer sahibi oldular.Bu nailiyyətə görə biz şagirdlərimizlə fəxr edirik. Onları bu uğurlarına görə təbrik edirik!