Məzunlarımız
Hər gün yeniləşən və inkişaf edən Azərbaycanımızın qüdrətli addımlarının formalaşmasında iştirak edən məzunlarımız da az deyil. Onlardan bir qismini sadalasaq da, hamısı ilə fəxr edir və gələcəyimizi onlara etibar etməkdə yanılmadığımıza əmin olduğumuzu bildirmək istəyirik.
Liseyi bitirən məzunlar respublikamızın rifahı naminə var gücü ilə çalışırlar. Hazırda məzunlarımızdan 4 nəfəri elmlər doktorudur. Liseyin məzunu Gündüz İsmayılov “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”ndə şöbə müdiri vəzifəsində çalışır. ABŞ və İngiltərədə təhsil almış Azər Qurbanov isə ABŞ-ın Kolumbiya Universitetinin müəllimidir. O, Harvard Universitetinin professoru N.Gregori Menkyunun “İqtisadiyyatın əsasları” kitabının tərcüməçisidir. Bəhruz Məmmədli isə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə “The Consept of Self Determination the Conflict Naqorno Karabakh” adlı kitabını yazmışdır. Hazırda Türkiyə İqtisadiyyat Universitetinin doktorantıdır.
Aparılan islahatlar və yeniliklər sayəsində liseyin nailiyyətləri durmadan artır. Bu gün əminliklə deyə bilərik ki, liseyin nəinki respublikamızda, dünyanın bir çox inkişaf etmiş ölkələrində yeniləşən təhsil müəssiəsələri ilə ayaqlaşmağa və rəqabət aparmağa qadir olan pedaqoji kollektivi var. Liseyin məzunları dünyanın tanınmış təhsil ocaqlarında təhsil almağa, öz biliklərini artırmağa, vətəndə aldıqları bilikləri xaricdə təkmilləşdirməyə çalışır.
№ |
Adı, atasının adı və soyadı |
Bal |
Daxil olduğu yer |
1 |
Qurbanov Tural Nəriman |
Türkiyə |
Ankara, Yeditəpə Universiteti |
2 |
İsmayılov Tural Rafiq |
İngiltərə |
New Castle, Biznesin təşkili |
3 |
Bağırov İslam İkram |
Türkiyə |
Ankara, ODTU, İnşaat mühəndisliyi |
4 |
Əliyev Xəyal Vüqar |
Türkiyə |
Bodrum Universiteti |
5 |
İsmayılov Sənan |
Türkiyə |
Beykənd Universiteti |
6 |
Mirzəyev Nurlan Xaləddin |
Rusiya |
B. D. T. A |
7 |
Bayramzadə İlkin Azər |
Türkiyə |
|
8 |
Muradov Təbriz Qüdrət |
Türkiyə |
|
9 |
Salmanzadə Xanlar Abbas |
Almaniya |
|
10 |
Quliyev Cavid |
Gürcüstan |
Təsadüfi deyil ki, məzunlarımızın yüksək nəticələri bu gün təhsil aldıqları universitetlərin diqqətini bir daha liseyə yönləndirmişdir. Respublika birincisi Əliyev Əlinin tələbəsi olduğu Qafqaz Universitetinin rektoru Ahmed Saniçin liseyimizə marağı artmış, şagirdlərimizlə yaxından tanış olmaq üçün liseyə təşrif buyurmuşdur.
Keyfiyyətli təhsilin nəticəsi kimi liseyin məzunu Amil Abdul oğlu Babazadə tam orta təhsil haqqında Xüsusi Nümunəvi attestat və “Qızıl medal”la təltif olunmuşdur.