Tarix aylığı çərçivəsində liseyimizdə tədbir keçirildi.

 

22.12.2012-ci il tarixində “Zəkalar liseyində”  5a sinifinin iştirakı ilə elə həmin sinifdə  Azərbaycan tarixini tədris edən və sinif rəhbəri kimi fəaliyyət göstərən  Günay müəllimənin rəhbərliyi altinda “Tariximiz-dünənimiz, bugünümüz, sabahımız” adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi yetişən gənc nəslə Azərbaycanın qədimliyini və bu qədimlikdən bugünə işıq salan şanlı tarix səlnaməsini təbliğ etməkdir.

T-təkamüldür

A-     abidədir

R-rəqabətdir

İ-inkişafdır

X- xəbər verəndir

Qədim incəsənətimizin müasir dövrə necə catdırıldığını əks etdirən “Mağara”  adlı səhnəcik sanki bizi o dövrlərə səyahət etdirdi. Tədbirdə hər bir sagirdə bir daha ulu öndərin fikri ilə desək, “Mən Azərbaycanlıyam”  ideyası aşılandı. Canımız Azərbaycanımızın tarixini, musiqisini, mənfur düşmən nə qədər mənimsəmək istəsə də, “Zəkalar”ın balaca zəkaları bir daha sübut etdilər ki, həqiqətən də Sarı gəlin tariximizin bizə miras qoyduğu musiqi incisidir.

Tədbir  başa catdı. Ruhumuz sanki Araz kimi coşdu. Hətta Məmməd Arazın o məşhur misraları yada düşdü, gözlər yaşardı…

Azərbaycan, qayəsi nur, mayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər!

Azərbaycan deyiləndə ayağa dur ki,

Füzulinin  ürəyinə toxuna bilər!