Zəkalar sonsuzdur bizim uğurlar !

Təhsil cəmiyyət həyatının ən önəmli sahələrindən biri, millətin gələcəyini təmin edən başlıca amildir. Ölkəmizin tərəqqisi cəmiyyətimizin gələcək qurucuları olan gənclərdən asılıdır ki, bu gənclər də məhz təhsil sistemində yetişir və formalaşır. Təsadüfi deyil ki, “Biz maddi kapitalı insan kapitalına çevirməliyik” deyən ölkə Prezidenti İlham Əliyev təhsilə xüsusi önəm verir, ona xüsusi qayğı və diqqət göstərir. Ölkə başçısı gənclərin vətənpərvər, milli mənəvi dəyərlərimizi qiymətləndirən və qorumağı bacaran vətəndaşlar kimi yetişməsini təhsil işçiləri qarşısında əsas vəzifə kimi qoyur. Bu gün Azərbaycan Təhsili, yeni –yeni uğurlara imza atır. Gündən-günə inkişaf edən təhsil infrastrukuru, əlverişli maddi –texniki baza, yüksək səviyyəli müəllim potensialı bu uğurların qazanılmasına imkan yaradır.

Xətai rayonunda yerləşən 287 saylı “Zəkalar” liseyi 1992-ci ildə yaradılıb. Yarandığı gündən uyğunlaşdırılmış, rekonstruksiya olunmuş 6 qrupluq bağça binasında 20 ildir ki. fəaliyyət göstərir. 39 sinifdə komplektləşdirilmiş 1001 şagird bu kiçik binanın uyğunlaşdırılmış sinif otaqlarında təhsil alır. Sinif otaqları,dəhlizlər,pilləkənlər standartlara uyğun deyil, darısqaldır, liseyin akt və idman zalları, rəsm, musiqi, linqofon kabinəsi, hərbi otağı, laboratoriyaları, yeməkxanası yoxdur. Bufet isə müəllimlərin və şagirdlərin qidalanma tələbatını ödəyə bilməyən kiçik bir otaqda yerləşdirilib. Liseyimizdə sinif otaqlarının çatmadığına görə dərslər 2 növbədə keçirilir.Bu isə liseydə pedaqoji və metodiki işlərin səmərəli qurulmasına öz mənfi təsirini göstərir.
“Zəkalar” liseyində təlim Azərbaycan dilindədir. Təhsil qanuna uyğun olaraq, ümumi təhsil 3 pillədən ibarətdir:

Ibtidai təhsil pilləsi (I-IV siniflər)
Ümumi orta təhsil (V-IX siniflər)
Tam orta təhsil (IX- XI siniflər)

Liseyimiz verdiyi təhsilin səviyyəsinə, bütün təlim-tərbiyə işlərinin keyfiyyətli təşkilinə, şagird və məzunlarının yüksək hazırlığına görə də ictimaiyyətimiz arasında böyük nüfuz və rəğbət qazanmış prestijli təhsil ocaqlarından biridir. Təsadüfi deyil ki, təlimin yeni texnologiyalarını dərindən mənimsəyən və bunu gündəlik fəaliyyətində bacarıqla tətbiq edən müəllimlərimiz hər il keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqələrində fəal iştirak edir və böyük uğurlar qazanırlar. Belə ki, ilk dəfə 2008-ci ildə prezidentin sərəncamı ilə keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsinin ilk qalibi olmuşuq. Həmçinin 5 müəllimimiz “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləridir.

Yarandığı ildən liseyimiz təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi sahəsində qazandığı nailiyyətlərə, o cümlədən məzunlarının ali məktəblərə tələbə qəbulunda ardıcıl olaraq göstərdiyi yüksək nəticələrə görə Xətai rayonunda hər il I yeri tutur. Respublikanın ümumtəhsil məktəbləri arasında isə nəticələrinin yüksəkliyi ilə fərqlənən 10 nümunəvi məktəb sırasına daxil olmuşdur. Təhsildə qazandığımız uğurlara görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşuq. Bu tədris ilində də liseyimiz keyfiyyət və qəbul faizinə görə Bakı şəhərində 300-ə yaxn məktəb arasında II yerə layiq görülmüşdür. Prezident təqaüdü təsis edilən gündən bu günədək 10 nəfər Prezident təqaüdçümüz var və güman edirik ki, bu il göstəricimiz daha da artıq olacaq.

Bununla yanaşı liseyimizin 12 шаэирди дягиг елмляр цзря президентин истедад фондуна дахил едилмишдир. Фонда дахил олан шаэирд сайына эюря Азярбайcан Републикасы цзря ян чох эюстяриcи лисейимизин пайына дцшцр . Ali təhsil keyfiyyətinin daha da yüksək olması, potensiallı bir kadr kimi vətənə xidmət etmək arzusunda olan məzunlarımızdan 8 nəfəri xaricdə təhsil alır.

Ənənəvi olaraq Respublika və beynəlxalq fənn olimpiadalarında şagirdlərimiz daim fəxri yerlərə layiq görülülər. Belə ki, şagirdlərimizdən Bayramlı Elbəy və Əliyev Kamran “İNEPO” beynəlxalq olimpiadasının içtirakçıları olmuş və böyük uğurlar qazanmışlar. 2010-cu tədris ilindən etibarən şagirdlərimiz Norveçin “SPARE” təşkilatı ilə əməkdaşılq edir. Əməkdaşlıq çərçivəsində şagirdlərimiz bir sıra elmi layihələrin iştirakçısı olaraq yüksək nailiyyətlər qazanmışlar.

2010-2011- ci tədris ilində «Zəkalar » liseyi həm təhsildə , həm də məktəbdənkənar tədbirlərdə əldə etdiyi uğurlara görə fərqlənmiş və liseyin uğur salnaməsinə yeni qələbələr yazılmışdı. Məhs bunun nəticəsidir ki, Bakı Şəhəri üzər Baş Təhsil İdarəsi 287 saylı «Zəkalar » liseyinin «Qabaqcıl iş təcrübəsinin öyrənilməsi» haqqında əmr imzalamışdır Əmrin icrası məqsədilə metodik vəsaitlər , liseyin istedadlı şagirdlərinin nəşr etdirdikləri kitablar, elmi işlər, İKT- nin tətbiqi ilə hazırlanmış dərslərdən ibarət «İdarəetmə və təlim- tərbiyə prosesinin səmərəli təşkili » adı altında sərgi keçirildi. Tədbirdə iştirak edən Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva liseyimizin qabaqcıl iş təcrübəsinin Bakı şəhəri üzrə yayıldıqdan sonra respublika üzrə öyrənilməsi təklifini irəli sürdü.

Ötən tədris ilində liseyimizin zəfər salnaməsinə yeni bir uğur yazıldı. Belə ki, 2011-ci il ANS TV və Təhsil Nazirliyinin birgə keçirdiyi «Ağıl dəryası» intellektual oyununda liseyimizin XI sinif şagirdi Əliyev Əli «Ağıl dəryası » adına layiq görülərək , buraxılış imtahanlarında iştirak etmədən tam orta təhsil haqqında Xüsusi Nümunəvi attestat- qızıl medal almış və Kipr Yaxın Doğu Universitetində ödənişsiz təhsil almaq hüququ qazanmışdır. 2010-2011 –ci ildə TQDK tərəfindən aparılan qəbul imtahanlarında I qrup üzrə 700 bal toplayaraq ölkə birincisi olmuşdur. 15 nəfər şagirdimiz isə I, III, IV qruplarda 600 -dən çox bal toplamışlar.

Ənənəvi olaraq hər il liseyimiz “Xəzər” Universitetinin və “Araz” kurslarının respublikanın böyük şəhərlərinin ən yaxşı liseyləri arasında keçirdiyi “Bilik yarışları”nda Respublika birincisi olmuş, diplom və fəxri fərmanlarla təltif olunmuşuq. Daim yenilik axtarışında olan və liseyimizi fəxrlə təmsil edən şagirdlərimiz intellektual televiziya yarışmalarında mütamadi olaraq çıxış edirlər. İTV kanalında «Xəmsə» milli intellektual oyununda Respublika üzrə 16 ən yaxşı məktəbdən seçilmiş komandalar arasında keçirilən yarımfinal və final mərhələdə qalib olmuş və kubokla mükafatlandırılmışlar. Həmçinin ATV kanalında keçirilən «LG» -Bilik yarışması, ANS- kanalında isə «Ağıl dəryası» , Virtual rinq yarışmalarının daimi iştirakçısı olmuş mütəmadi olaraq final mərhələlərə çıxaraq birinciliyi əldən verməmişlər .

Bütün uğurlarımızla yanaşı diqqəti cəlb edən maraqlı məqamlardan biri də azyaşlılar arasında şahmat ustası ikiqat Avropa və dünya cempionu Abdulla Qədimbəyli liseyimizin fəxridir..