Şagird Elmi Cəmiyyəti

Liseydə xüsusi istedada malik şagirdləri aşkara çıxarmaq, onlarda sadə tədqiqatçılıq bacarıq və vərdişləri formalaşdırmaqla intellektual qabiliyyətlərini düzgün istiqamətləndirmək məqsədilə Şagird Elmi Cəmiyyəti (ŞEC) fəaliyyət göstərir. ŞEC-ə liseyin Rəhimova Səidə rəhbərlik edir. Fənn metodbirləşmə rəhbərləri ŞEC-in münsiflər heyətinin üzvləridir.

Liseyin psixoloqu və uşaq birliyi rəhbəri ŞEC-in işinin düzgün təşkilində onlara köməklik göstərir. Mövzular fənn metodbirləşmə rəhbərləri tərəfindən seçilir və ayri-ayrı fənlər üzrə siyahılar oktyabr ayında elan güşəsindən asılır. Şagirdlər üzərində daha ətraflı işləmək arzusunda olduqları mövzunu sərbəst seçir, həmin mövzunu daha geniş və əhatəli araşdırmaq üçün fənn metodbirləşmə rəhbərlərindən məsləhət və tövsiyyələr aldıqdan sonra müxtəlif elmi ədəbiyyatlardan və internet səhifələrindən istifadə edərək, həmin mövzular üzərində elmi tədqiqat işləri aparırlar. Fənn metodbirləşmə rəhbərləri isə öz fənninə aid mövzuları işləmək üçün şagirdlərə elmi rəhbər kimi müxtəlif elmi və metodiki kömək göstərirlər.

Şagirdlər ayrı-ayrı fənlər üzrə referat və məruzələr hazırlayır və ŞEC-də münsiflər heyəti qarşısında çıxış edirlər.