Məzunlarımız

Hər gün yeniləşən və inkişaf edən Azərbaycanımızın qüdrətli addımlarının formalaşmasında iştirak edən məzunlarımız da az deyil. Onlardan bir qismini sadalasaq da, hamısı ilə fəxr edir və gələcəyimizi onlara etibar etməkdə yanılmadığımıza əmin olduğumuzu bildirmək istəyirik.

Liseyi bitirən məzunlar respublikamızın rifahı naminə var gücü ilə çalışırlar. Hazırda məzunlarımızdan 4 nəfəri elmlər doktorudur. Liseyin məzunu Gündüz İsmayılov “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışır . ABŞ və İngiltərədə təhsil almış Azər Qurbanov isə ABŞ-ın Kolumbiya Universitetinin müəllimidir. O, Harvard Universitetinin professoru N.Gregori Menkyunun “İqtisadiyyatın əsasları” kitabının tərcüməçisidir. Bəhruz Məmmədli isə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə “The Consept of Self Determination the Conflict Naqorno Karabakh” adlı kitabını yazmışdır. Hazırda Türkiyə İqtisadiyyat Universitetinin doktorantıdır.

Aparılan islahatlar və yeniliklər sayəsində liseyin nailiyyətləri durmadan artır. Bu gün əminliklə deyə bilərik ki, liseyin nəinki respublikamızda, dünyanın bir çox inkişaf etmiş ölkələrində yeniləşən təhsil müəssiəsələri ilə ayaqlaşmağa və rəqabət aparmağa qadir olan pedaqoji kollektivi var. Liseyin məzunları dünyanın tanınmış təhsil ocaqlarında təhsil almağa, öz biliklərini artırmağa, vətəndə aldıqları bilikləri xaricdə təkmilləşdirməyə çalışır.

Adı, atasının adı və soyadı

Bal

Daxil olduğu yer

1 Qurbanov Tural Nəriman Türkiyə Ankara, 7 Təpə Universiteti
2 İsmayılov Tural Rafiq İngiltərə New Castle, Biznesin təşkili
3 Bağırov İslam İkram o Türkiyə Ankara, ODTU, İnşaat mühəndisliyi
4 Əliyev Xəyal Vüqar Türkiyə Bodrum Universiteti
5 İsmayılov Sənan Türkiyə Beykənd Universiteti
6 Mirzəyev Nurlan Xaləddin Rusiya B. D. T. A –
7 Bayramzadə İlkin Azər o Türkiyə  
8 Muradov Təbriz Qüdrət o Türkiyə  
9 Salmanzadə Xanlar Abbas o Almaniya  
10 Quliyev Cavid Gürcüstan