İstedadlı Şagirdlərlə iş

Liseyimizdə diqqət çəkən cəhətlərdən biri də hər həftə keçirilən “Bilik yarışı”- test müsabiqəsidir. Yarış zamanı şagirdlər qazandığı ballara görə qiymətləndirilir. İlk üçlüyə daxil olan şagirdlər fəxri fərmanlarla təltif olunurlar. Sonda isə yekun olaraq 8 ayın qalibləri kubok uğrunda yarışır və ən yüksək bal toplayan şagird “İlin qalibi” adını alaraq kubokla təltif olunur.

Şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni mexanizmlərinin yaradılması islahatlar cərçivəsində həyata keçirilən, ən mühüm tədbirlərdən biridir. Yeni sistemdə şagird nailiyyətlərinin yeni qiymətləndirmə üsulu müasir imtahan modellərinin yaradılmasına səbəb olur. Bu baxımdan ayda bir dəfə IX – XI siniflərdə qruplar üzrə sınaq imtahanları keçirilir. Məhz bu imtahanların nəticəsidir ki, şagirdlərimiz mərkəzləşdirilmiş buraxılış imtahanlarından uğurla keçirlər.

Liseydə istedadlı şagirdlərlə iş daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin “Xüsusi istedada malik uşaqların aşkara çıxarılması” haqqında sərəncamına müvafiq olaraq liseydə geniş tədbirlər planı hazırlanmış, “İstedadlı uşaqlar” bankı yaradılmışdır. Məhz bu fəaliyyətimizin nəticəsidir ki, 2004/2005-ci tədris ilində Abdullayev Vüqar, 2007-2008 –ci tədris ilində VII sinif şagirdi Günel Əsgərova “İlin şagirdi müsabiqəsi”nin qalibi olmuşlar. “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı” çərçivəsində keçirilən məntiq olumpiadasında liseyin bir çox şagirdləri bu müsabiqənin qalibi olaraq adları “İstedad bankın”a daxil edilmişdir.