İnteraktiv Təlim Günün Tələbidir
2009/2010-cu tədris ilində liseyimizin uğurlarına biri də əlavə olunmuşdur. Belə ki, Təhsil İdarəsinin “Məktəbli gənclər H.Əliyev zəkasının işığında” mövzusunda keçirdiyi elmi işlərin yarışında 4 şagirdimiz yüksək yerlərə layiq görülmüşdür. “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə Musayeva Gülüstan I yerə, “biologiya” fənni üzrə Musayeva Könül I yerə, “fizika” fənni üzrə Əhmədova Aygün I yerə, Qasımova Solmaz III yerə layiq görülmüşdür.
Z. Əliyevanın xatirəsinə həsr olunmuş “Ana müqəddəsliyin zirvəsidir” mövzusunda keçirilən inşa müsabiqəsində Rəhmanova Qızılgül I yerə layiq görülmüşdür. Həmçinin liseyin VI sinif şagirdi İsgəndərova Firuzə “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsinin qalibi olmuşdur.
Bütün bunlarla yanaşı, “Araz” kursları tərəfindən hər il ənənəvi olaraq 5 rayon arasında keçirilən “Bilik yarışı”nda liseyimiz 3 ildir ki, I yerə layiq görülür. Həmçinin Xəzər Universitetinin dəqiq fənlər üzrə keçirdiyi olimpiadada iştirak edən şagirdlərimiz Məmmədzadə Qoşqar və Cəbrayıllı Sübhan I yerə, digərləri isə II və III yerlərə layiq görülməklə 10 nəfər şagirdimiz yüksək nəticələr göstərərək diplomlarla təltif olunmuşlar.
Şagirdlərimiz elm sayəsindən başqa ictimai dövlət əhəmiyyətli tədbirlərə də maraq göstərirlər. Belə ki, ibtidai siniflər arasında keçirilən nağıl müsabiqəsində şagirdlərimiz rayon turunda müvəffəqiyyətlə çıxış etmişlər.
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin sərəncamı ilə 2010-cu il “Ekologiya ili” elan edilmişdir. Bu münasibətlə bütün müəssisələr kimi liseyimiz də keçirilən bütün tədbirlərdə yaxından iştirak edir. ”Ətraf mühiti qoruyaq” adı altında keçirilən ekologiya olimpiadasında Kazımov Musa “Mobil Telefon və İnsan sağlamlığı” kiçik elmi işi ilə respublika mərhələsinə qədər yüksəlmişdir. 2010- cu ildə liseyin fizika müəllimi Gülçin Baxşəliyeva Gürcüstanda şagirdlərlə birlikdə keçirilmiş “Enerjiyə qənaət və ətraf mühitin mühafizəsi” adlı regional seminarda iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
Daha sonra “Ekologiya ili” çərçivəsində liseydə ağacəkmə kompaniyası və “Təbiətin harayı” adlı tədbir keçirildi. Tədbir Norveçin Təbiətin Mühafizə Cəmiyyətinin Azərbaycan təmsilçiləri ilə birgə təşkil edilmişdir. Ağacəkmə kompaniyasında təşkilatın təmsilçiləri ilə bərabər Ruminiyalı qonaqlar da iştirak edib. Həmçinin tədbirin açılışında şagirdlər tərəfindən insanları təbiətin qorunmasına səsləyən Azərbaycan və ingilis dillində musiqili klip hazırlanmış və qonaqlara təqdim olunmuşdur. təşkilatı ilə əməkdaşlığa başladı. Əməkdaşlıq çərçivəsində mart ayında ekologiya ili ilə əlaqədar “Təbiətin harayı” adlı böyük bir tədbir keçirilmişdir. Həmçinin təşkilatın İsmayıllı rayonundakı 1 nömrəli məktəbdə keçirdiyi yarışda müəllim və şagirdlərimiz fərqlənmiş və sertifikata layiq görülmüşlər.



Liseydə şagirdlərin biliyinin dərinləşdirməyə xidmət edən intellektual yarışlar, breyn-rinqlər, fənn gecələri, viktorinalar tez-tez keçirilir, onların proqram materiallarını nə dərəcədə mənimsədiyini müəyyənləşdirmək məqsədilə ilə test yoxlamaları təşkil olunur.