İnsan hər şeyə qadirdir

Hazırda istedadlı uşaqların aşkarlanması diaqnostikası, onların təhsilinin təşkil edilməsi olduqca aktualdır. İstedadlı uşaqlar üçün əlverişli psixoloji şərait yaradılarsa, onların intellektual cəhətdən və şəxsiyyət kimi inkişafı qarşısındakı uyğunsuzluğun dəf edilməsi asanlaşır və inkişafı təmin olunur.Liseydə həmçinin “İnsan hər şeyə qadirdir” adlı psixoloji dərnək də fəaliyyət göstərir. İbtidai siniflərdə şagirdlərin diqqəti, hafizəsi, nitqi, yaddaşı təhlil edilir. Bir qədər zəif olanlarla xüsusi iş təşkil olunur.V- XI sinif şagirdləri ilə Raven metodikası əsasında istedadlı, yüksək intellektə malik uşaqlar aşkara çıxarılır.

İstedadların müəyyən edilməsi işində ən çox istifadə edilən vasitələrdən biri də psixodiaqnostik metodlardır. Psixoloq Xatirə Haciyevanın rəhbərlik etdiyi “Psixoloji biliklərin öyrənilməsi” dərnəyi mütəmadi olaraq şagirdlərlə psixoloji testlər keçirir və onlarda psixo intellektual səviyyəsinin inkişaf dinamikasını izləyir. Şagirdlərlə müxtəlif mövzularda sorğular keçirilir. VII-XI sinif şagirdlərinin maraq və meyilləri peşə yönümlü testlər, sorğular vasitəsilə müəyyən olunur. Şagirdlər hansısa problemi, çətinliyi ilə əlaqədar psixoloqa müraciət edir, onunla dərdləşir və məsləhətləşirlər.Dərnəkdə şagirdlərə müxtəlif mövzularda diskussiyalar aparılır, onlar problemlərdən çıxış yollarını axtarmağı öyrənirlər.Eləcə də, şagirdlər burada özləri və ətrafındakı insanların xarakterlərini daha dərindən təhlil edirlər.

Bütün bunlarla yanaşı liseyimizdə şagirdlərimizin meyl-maraq və qabiliyyətini nəzərə alaraq 3 müxtəlif dərnək fəaliyyət göstərir. Rəhimova Səidənin rəhbərlik etdiyi “Gənc natiqlər”, Ömərova Günelin “İstedad sorağında”, Baxşalıyeva Gülçinin “Gənc ekoloqlar” dərnəyi şagirdlərin dərsdən sonrakı vaxtlarının səmərəli təşkilində böyük rol oynayır.