İdarəetmə və təlim-tərbiyə prosesinin səmərəli təşkili

2010-2011-ci tədris ilində 287 Nli  “Zəkalar”  liseyi bu il də həm təhsildə, həm də məktəbdənkənar  tədbirlərdə əldə etdiyi uğurlara görə fərqlənmiş və liseyin uğur səlnaməsində yeni qələbələr yazılmışdı. Məhz bunun nəticəsidir ki, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsi 287Nli “Zəkalar” liseyinin “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi”  haqqında əmr imzalanmışdır. Əmrin icrası məqsədilə şəhər məktəblərindən birində 18 aprel 2001-ci il tarixində “İdarəetmə və təlim-tərbiyə prosesinin səmərəli təşkili”  adı altında sərgi keçirildi. Sərgidə liseyin təhsil və tədris sahəsində əldə etdiyi uğurlar aşağıdakı nominasiyalar üzrə qruplaşdırılmışdır:

  1. Metodbirləşmənin fəaliyyəti
  2. Interaktiv təlim günün tələbidir.
  3. Uğurlar.
  4. Fəaliyyət planları.
  5. Olimpiada uğurları
  6. Idman uğurları.
  7. Şagird partfoliosu.
  8. Şagird Elmi Cəmiyyətinin fəaliyyəti
  9. Işlə qabiliyyətin birgə təzahürü
  10. Referaflat, bukletlər və broşuralar.

Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri N.Rzaquliyevanın, müavinlərinin, bir sıra təhsil işçilərinin, o cümülədən 300-ə yaxın məktəb direktorunun iştirak etdiyi tədbirdə  liseyimizin  iş təcrübəsinin Bakı şəhəri üzrə yayıldıqdan sonra respublika üzrə öyrənilməsi təklifi irəli sürülmüşdür.

Şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni mexanizmlərinin yaradılması islahatlar cərçivəsində həyata keçirilən, ən mühüm tədbirlərdən biridir. Yeni sistemdə şagird nailiyyətlərinin yeni qiymətləndirmə üsulu müasir imtahan modellərinin yaradılmasına səbəb olur. Bu baxımdan ayda bir dəfə IX – XI siniflərdə qruplar üzrə sınaq imtahanları keçirilir. Məhz bu imtahanların nəticəsidir ki, şagirdlərimiz mərkəzləşdirilmiş buraxılış imtahanlarından uğurla keçirlər.

Liseydə istedadlı şagirdlərlə iş daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin “Xüsusi istedada malik uşaqların aşkara çıxarılması” haqqında sərəncamına müvafiq olaraq liseydə geniş tədbirlər planı hazırlanmış, “İstedadlı uşaqlar” bankı yaradılmışdır. Məhz bu fəaliyyətimizin nəticəsidir ki, 2004/2005-ci tədris ilində Abdullayev Vüqar, 2007-2008 –ci tədris ilində VII sinif şagirdi Günel Əsgərova “İlin şagirdi müsabiqəsi”nin qalibi olmuşlar. “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı” çərçivəsində keçirilən məntiq olumpiadasında liseyin bir çox şagirdləri bu müsabiqənin qalibi olaraq adları “İstedad bankın”a daxil edilmişdir.